
Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verməsi və 3 nəfərin dünyasını dəyişməsi haqqında xəbər vermişdik.
Yeniavaz.com xəbər verir ki, qəza zamanı ölənlərin adları məlum olub. Belə ki, xilasedicilər minik avtomobilində sıxılı vəziyyətdə qalan 40 yaşlı Elman Musəvi, 44 yaşlı Cəlal Rüstəmov və 52 yaşlı İlqar Namazovun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Esmira Hidayətova, Yevlax
*** 18 dekabr, 19:06
Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Yevlax rayonu, Qaraməmmədli kəndi yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası nəticəsində 3 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.