Milli Məclisin deputatı xəstəxanaya yerləşdirildi - SƏBƏB

Milli Məclisin deputatı Araz Əlizadə xəstəxanada müalicə olunur.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə "Caspian International Hospital”a yerləşdirilib.

Deputatın müalicəsi  hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Məlumatı “Caspian International Hospital”dan da təsdiqləyiblər. 

Qeyd edək ki, Araz Əlizadə həm də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.

DİGƏR XƏBƏRLƏR

Top