Türkiyədə depuatatlar əlbəyaxa oldular - FOTO


Türkiyədə millət vəkilləri arasında 2020-ci il büdcə müzakirəsi zamanı gərginlik yaşanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində CHP və AKP nümayəndələri arasında münaqişə baş verib. Belə ki, Türkiyə Böyük Millət Məclisində danışan CHP-li millət vəkili Vəli Ağababanın, sabiq Ankara Böyükşəhər Bələdiyyə başçısı Məlih Gökçəni nəzərdə tutaraq, “Bu trol, özünə bələdiyyə gəlirindən aylıq 3800 lirəyə (təqribən 1100 AZN) masajçı tutub” sözlərindən sonra CHP və AKP nümayəndələri arasında münaqişə baş verib.
Bu zaman TBMM-in sədri Cəlal Adan millət vəkillərinə oturmağı xəbərdarlıq edərək, qısa müddətlik fasilə elan edib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top