Əli Həsənov yeni kabinetinin FOTOLARINI yaydı


Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov yeni iş otağında çəkilən fotolarını yayıb.

Yeniavaz.com xəbər verir ki, Ə.Həsənov fotoları Demokrat.az saytına göndərərək bildirib ki, o, Beynəlxalq Mətbuat Mərkəzinin binasına ara-sıra gedir: "Mənim təzə iş yerim və kabinetim Prezident Yanında Dövlət İdarəçilik Akademiyasındadır. Hazırda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm. Beynəlxalq Mətbuat Mərkəzində isə mənim baş redaktoru olduğum "Geostrategiya" jurnalı yerləşir".
Əli Həsənov elmi fəaliyyətlə məşğul olduğunu bildirib: "Hazırda elmi fəaliyyətlə məşğul oluram".


DİGƏR XƏBƏRLƏR

Top