
Bərdə rayonunda 26 yaşlı qadın itkin düşüb.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 26-da qeydə alınıb.
1993-cü il təvəllüdlü Xalidə Məmmədova rayonun İmamqulubəyli kəndində yaşadığı evdən 10 aylıq körpəsi ilə çıxıb və geri qayıtmayıb.
Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Qeyd edək ki, X.Məmmədova üç uşaq anasıdır.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.