Elan saytlarında dələduzluq edən BDU tələbəsi: "Behi alandan sonra telefonu söndürürdüm" - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xızı Rayon Polis Şöbəsinin əməkdaşları avtomobil elanı saytlarında dələduzluq edən Bakı sakini, 21 yaşlı Rəsul Cəfərovu saxlayıb.

Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Məlum olub ki, Rəsul  Cəfərov avtomobil elanları saytlarında müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrinin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobilləri bazar dəyərindən daha ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. 

Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gələn Rəsul Cəfərov, avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, onalara bank hesab nömrəsi də tədqim edib. 

Rəsul Cəfərov alıcılar tərəfindən behi aldıqdan sonra zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və pullarını mənimsəyib:

“Zəng edənlərin hamısına deyirdim ki, maşını istəyən çoxdu, avtomobil də rayondadır. Almaq istəyirsənsə, beh göndər elanı silim, saxlayım maşını, gəl götür. Behi alandan sonra telefonu söndürüb, nömrəyə cavab vermirdim”.

Qeyd edək ki, R.Cəfərov Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsidir. O, geologiya fakültəsində təhsil alır. Qiymətlərinin qeyri-qənaətbəxş olması səbəbindən kəsirləri yaranıb və hazırda dərslərdə iştirak etmir. 

DİGƏR XƏBƏRLƏR

Top