Səkkiz ildən sonra Naxçıvanda ilk dəfə - 72 nəfər...


Bu ilin dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 79 min 736 nəfər olub. 
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, işsiz statusu verilən şəxslərin sayı son 1 il ərzində 2,6 dəfə və ya 49 min 316 manat artıb. İşsizliyə görə müavinətin orta məbləği 278 manat 60 qəpik olub.
Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 29 min 812 nəfəri Bakı şəhərinin payına düşüb.
Bakı şəhərindən sonra ən çox işsiz Mingəçevir, Sumqayıt, Şəmkir, Ağdam və Gədəbəy rayonlarında qeydə alınıb. Mingəçevirdə işsiz statusuna malik şəxslərin sayı 2 013, Sumqayıtda 5 614, Şəmkirdə 4 187, Gədəbəydə 1 764, Ağdamda isə 1 522 nəfər olub.
İşsiz statusuna malik insanların ən az olduğu rayonlar arasında isə ilk yerlərdə Saatlı, Yevlax, Şuşa və Yardımlı rayonları dayanır. Açıqlanan rəsmi məlumata görə, Saatlıda 138, Yevlaxda 196, Şuşada 167, Yardımlıda isə qeydiyyatdan keçən 172 işsiz insan var.
Diqqət çəkən məqamlardan biri odur ki, 8 ildən sonra Naxçıvan Muxtar Respublikasında 72 nəfər işsiz kimi qeydiyyata alınıb.
Məlumat üçün bildirək ki, Naxçıvanda işsizlərin məşğulluq xidməti orqanları tərəfindən qeydə alınması sonuncu dəfə 2011-ci ildə olub. 2011-ci ildə Naxçıvanda 32 nəfərə işsiz statusu verilib. Sonrakı illərdə Muxtar Respublikada işsiz statusu alan şəxs olmayıb. Onu da bildirək ki, 72 nəfərin hamısına bu ilin noyabr ayında işsiz statusu verilib və onların heç biri işsizliyə görə müavinət almayıb. in kimi qeydiyyata alınıb.
2000-2019-cu illərdə Naxçıvan Muxtar Respublikasında işsiz statusu alan şəxslərin sayı belə olub:
İllər İşsiz statusu alan şəxslərin sayı
2000 5 812
2001 5 989
2002 6 645
2003 7 284
2004 7 737
2005 7 904
2006 7 632
2007 5 598
2008 192
2009 55
2010 52
2011 32
2012 -
2013 -
2014 -
2015 -
2017 -
2018 -
2019 72
 
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top