Amerikaya köçən Elariz: "Tramp söz verib ki, gələcək" - VİDEO


Amerikaya köçən azərbaycanlı müğənni Elariz Məmmədoğlu 55 yaşını Vaşinqtonda “Ağ Ev”in qarşısında keçirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında məlumat verib.
“Bu gün 17 dekabr 2019-cu il mənim ad günümdür. Bu gün mənim 55 yaşım tamam olur. Bütün dədə-babalarım 55 yaşlarını Amerikanın paytaxtı Vaşinqtonda, “Ağ Ev”in qarşısında keçiriblər. Mən də ənənəyə sadiq qalaraq gəldim “Ağ Ev”in qarşısına və burada mən 55 yaşımı qeyd edirəm. İndi Tramp (ABŞ prezidenti – red.) müəllim də gələcək, 10 dəqiqədi artıq gözləyirəm, həmişəki kimi yenə də gecikir. Amma gələcək, söz verib ki, gələcək” – deyə, Elariz Məmmədoğlu qeyd edib.
Qeyd edək ki, 2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-a köçən sənətçi dördüncü dəfə baba olub və Nyu-York restoranlarının birində özünə iş tapıb. O, Amerikada baş tutan bir çox azərbaycanlıların toylarını idarə edir.  

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top