Ermənilər Azərbaycan kəndlərində yaşayış evlərini intensiv atəşə tutdu - REAL VİDEO


2019-cu ilin 17 dekabr tarixində saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqa­mətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top