Azərbaycan qazının başı üstündə qurdlar ulaşır - VİDEO

Azərbaycan qazını Türkiyəyə nəql edən TANAP qaz kəmərinin  Türkiyənin Ərdahan vilayətindəki kompressor stansiyasının ətrafında canavar sürüsü toplaşıb.

Canavarların toplaşması mühafizə kameraları tərəfindən qeydə alınıb, kompressor stansiyasının ətrafına toplaşan canavar sürüsü  stansiyada çalışan işçiləri və ətrafdakı kəndliləri qorxuya salıb.

Güman edilir ki, mənfi 30 dərəcəyə enən sərt hava şəraitində qida tapmayan canavar sürüsü TANAP qaz kəmərinin Damaldakı kompressor stansiyasının ətrafına qida axtarmaq üçün toplaşıblar.  Yırtıcılar bir ağızdan ulaşıblar və onların səsi ətraf kəndlərə yayılıb. Şahidlərin sözlərinə görə, hər il bu bölgədə oxşar hallar müşahidə edilir. Lakin bu qədər böyük canavar sürüsünün, həm də yaşayış yerinə bu qədər yaxın gəlməsi ilk dəfədir müşahidə olunur.

 

 

Qeyd edək ki, TANAP layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsidir.

(Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top