Yeni icra başçısı özünə köməkçi təyin etdi


Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov özünə yeni köməkçi təyin edib.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, E.Həsənov özünə yeni köməkçi təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, Süleymanzadə Habil Kamal oğlu Yasamal RİH-nin başçısının köməkçisi təyin olunub.

Qeyd edək ki, H.Süleymanov bundan əvvəl E.Həsənovun deputat olduğu dövrdə onun köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, E.Həsənov Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 2015-ci ildə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

DİGƏR XƏBƏRLƏR

Top