Komitə sədrinin müavini Mingəçevirdə vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Mingəçevir şəhərində vətəndaşları qəbul edib.

Yeniavaz.com xəbər verir ki, qəbulda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Qəbul zamanı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verilib. Müraciətlərin bir qismi isə yerindəcə həll olunub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top