Erməni müğənni İrəvənda 100, Bakıda 175 dollara konsert verdi - VİDEO + FOTO


Xəbər verdiyimiz kimi, təxminən iki həftə əvvəl Bakıda, Heydər Əliyev Sarayında Rusiyanın erməni əsilli müğənnisi Aleksey Çumakov solo-konsert verib.
Yeniavaz.com xəbər verir ki, Aleksey Çumakovun Bakıdakı konsertinə biletlərin qiyməti 30 - 300 manat (18 - 175 dollar) arasında dəyişib.
Maraqlıdır ki, erməni əsilli müəğnninin təxminən bir il əvvəl Ermənistanın paytaxtı İrəvanda baş tutan konsertində biletlərin qiyməti 5000 - 50000 dram (10 - 100 dollar) arasında dəyişib.

Məlumat üçün bildirək ki, Aleksey Çumakov 2018-ci ilin dekabr ayında Bakıda ilk solo konsertini keçirib. Çumakov həmçinin Bakıda təşkil olunan "JARA" musiqi festivalında 2 dəfə iştirak edib. Aleksey Çumakov "JARA-2019" festivalı çərçivəsində Bakıda konsert də verib.
Aleksey Çumakov 1981-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub. Çumakovun anası Liliya Avanesyan Azərbaycanda (Dağlıq Qarabağda) anadan olub. Aleksey Çumakov dəfələrlə Ermənistana səfər edərək İrəvanda konser verib. Bir neçə ay əvvəl Aleksey Çumakov NTV televiziyasında yayımlanan və Tiqran Keosyanın aparıcısı olduğu verilişdə anası haqqında və erməni dili haqqında danışıb. 
Aleksey Çumakovun İrəvan konserti:

Aleksey Çumakovun Bakı konserti:

DİGƏR XƏBƏRLƏR

Top