Pərviz Müşərrəf edam ediləcək - Qərar verildi


Məhkəmə Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf barədə edam hökmü çıxarıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, Pakistanın paytaxtı İslamabadda keçirilən məhkəmədə 3 hakim Pərviz Müşərrəfi vətənə xəyanətdə günahlandıraraq edam olunmasına qərar verib.
Qeyd edək ki, keçmiş general olan Pərviz Müşərrəf 1999-cu ildə dövlət çevrilişi edərək hakimiyyətə gəlmiş və 2008-ci ilə qədər ölkənin prezidenti vəzifəsini icra etmişdi.
Pərviz Müşərrəf hazırda Dubayda yaşayır.
Sabiq Pakistan prezidentinə səhhətində ortaya çıxan problemlər səbəbilə 2016-cı ildə ölkədən çıxış izni verilmişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top