“Boeing” 737 MAX tipli təyyarənin istehsalını dayandırdı


“Boeing” 737 MAX tipli təyyarənin istehsalı müvəqqəti olaraq dayandırılacaq.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Məlumata görə, 2020-ci ilin yanvar ayından etibarən qərar qüvvəyə minəcək.
Şirkət rəsmiləri təyyarənin yenidən istehsal tarixini açıqlamasalar da, bu qərarla əlaqədar işçiləri işdən çıxarmağı planlaşdırmdıqlarını bildiriblər.
Qeyd edək ki, “Boeing”in 737 MAX tipli təyyarələri 2019-cu ildə dəfələrlə qəzaya uğrayıb və yüzlərlə insanın ölümünə səbəb olub.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top