Yük maşını dəmir arakəsməyə çırpıldı: ölənlər var


Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza “Sumqayıt stansiyası” yaşayış massivindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "MAZ" markalı betonqarışdıran yük maşınının sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpıb.
Nəticədə yük maşını aşıb, sürücü 1989-cu il təvəllüdlü Nəsibov Eldar Qəzənfər oğlu və onun sərnişini 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlu ölüb.
İlkin ehtimala görə, qəzaya sürücünün yuxulu olması səbəb olub. 
Faktla bağlı araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top