Evi yandırılan sabiq icra başçısı sirk ustalarının iştirakı ilə oğluna dəbdəbəli toy etdi - VİDEO


Ötən gün Bakının dəbdəbəli “Buta Palas” (Buta Palace) restoranında iş adamının oğluna məxsus olduğu bildirilən məşhur toyun əsl sahibi aydınlaşıb.

Toy Quba rayonunun sabiq icra başçısı Rauf Həbibovun oğlu üçün keçirilib.
Sabiq icra başçısının oğlu Sərxan Həbibovun toyunda Rusiyadan Leonid Aqutin, Anjelika Varum, sirk ustaları, həmçinin, xalq artistləri Röya Ayxan, Aygün Kazımova, Miri Yusif kimi sənətçilər iştirak edib.
Gecənin aparıcısı Xəyyam Nisanov olub.
Qeyd edək ki, 2012-ci ilin fevral ayının sonlarında Rauf Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq mart ayının 1-də Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirilib və daha sonra sabiq İcra başçısının yaşadığı ev yandırılıb. Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib.
2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

  (Baku Post)

DİGƏR XƏBƏRLƏR

Top