Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadənin qudası Qalib Salahzadə 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olub-olmayacağı ilə bağlı danışıb.
Yeniavaz.com xəbər verir ki, Q.Salahzadə Pravda.az-a açıqlamasında deyib ki, üzvü olduğu Yeni Azərbaycan Partiyası namizədlərin siyahısını müəyyənləşdirir.
Sabiq deputat qeyd edib ki, namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı YAP verməlidir: “Partiya nə qərar qəbul edərsə, elə də olacaq. Hələki gözləyirəm...”.