Bu il sökülən və tikilən məktəblərin SAYI AÇIQLANDI


"2019-cu ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir aparılıb".
Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev ilin yekunları ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bundan əlavə1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib: "224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. 2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb. Hazırda 1 məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir".(lent.az)

DİGƏR XƏBƏRLƏR

Top