Çempionlar Liqasında finala bərabər püşkatma, “Real” - “Siti” və...


Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyə millisinin və “Real Madrid” klubunun sabiq futbolçusu Hamit Altıntopun iştirakı ilə keçirilən püşkatmada futbol azarkeşlərini həyəcanlandıracaq görüşlər meydana çıxıb. Belə ki, son çempion "Liverpul" Madridin "Atletiko" klubu ilə ən çox Çempionlar Liqası kubokuna sahib “Real Madrid” isə "Mançester Siti"yə rəqib olub.
Püşkatmanın digər qarşılaşmaları isə aşağıdakılardır.
Çempionlar Liqası
1/8 final
"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
"Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə)
"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)
"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)
"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Lion" (Fransa) - "Yuventus" (İtaliya)
"Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
"Napoli" (İtaliya) - "Barselona" (İspaniya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.

DİGƏR XƏBƏRLƏR

Top