“NordPass” şirkəti 2019-cu ilin ən təhlükəli parollarını açıqlayıblar.
Ekspertlər bildiriblər ki, internetə sızan 500 milyon paroldan ibarət baza toplayıblar.
Etibarsız parollar arasında ən geniş yayılanlar sadə rəqəmlərin kombinasiyası (12345,111111,123321), həmçinin, QWERTY klaviaturasında üfüqi, yaxud şaquli xətdə yerləşən hərflər (asdfghjkl, qazwsx, 1qaz2wsx) olub.
Ekspertlər vurğulayıblar ki, parol kimi geniş yayılan qadın adlarından istifadə etmək də təhlükəlidir.
Həmçinin, məlum olub ki, 800 mindən artıq insan “password” parolundan istifadə edirlər ki, bu da təhlükəlidir.
Bundan başqa, siyahıda “iloveyou”, “test”, “princess”, “sunshine”, “monkey”, “family”, “football” kimi sadə parollar da var.
Mütəxəssislər bildiriblər ki, cari ildəki zəif parollar siyahısı ötənilkilərlə eyniyyət təşkil edib. Onlar bildiriblər ki, buna səbəb insanların uzun və mürəkkəb parolları yadda saxlamaq istəməməsi, həmçinin, gizlətməli heç nələrinin olmadığını düşünmələridir.(oxu.az)