Avropanın bu şəhərində 54 min sakin təxliyyə edildi – SƏBƏB


İtaliyada İkinci Dünya Müharibəsinə aid bomba tapılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bomba Brindisi şəhərinin mərkəzində yerləşən sinema salonunun təmiri zamanı tapılıb. Məlumata görə, bombanın uzunluğu bir metr və ağırlığı isə 40 kq olub. Bombanın təhlükəli olması səbəbi ilə şəhərdəki hava limanı, qatar stansiyası, iki xəstəxana və həbsxana tamamilə boşaldılıb. Ümumilikdə isə 54 min sakin şəhərdən təxliyyə edilib.
Hadisə ilə bağlı açıqlama verən İtaliya ordusu bombanı 40 dəqiqəyə zərərsizləşdiklərini və sakinlərin evlərinə, iş yerlərinə yenidən qayıda biləcəklərini qeyd edib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top