Bakıda marşrut avtobusu qəzaya uğrayıb - Səhiyyə Nazirliyindən AÇIQLAMA

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumatın təcili yardıma saat 8:45 daxil olduğunu açıqlayıb

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib, müalicələri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top