Ermənistanın Baş Prokurorluğu Sarkisyana qarşı ittihamı geri götürmədi


Ermənistanın Baş Prokurorluğu keçmiş prezdent Serj Sarqsyana qarşı açılan cinayət işinin dayandırılması ilə bağlı vəsadəti təmin etməyib.
Vəkilləri S.Sarqsyanın toxunulmazlığını əsas gətirərək sabiq dövlət başçısı barəsində cinayət işinin dayandırılmasına dair Baş Prokurorluq qarşısında vəsadət qaldırıblar.
Vəkillər S.Sarqsyanın toxunulmazlıq huququndan çıxış edərək Xüsusi İstintaq Xidmətinin ittihamlarının hüquqi qüvvəsi olmadığını, toxulmazlıq prinsipinin ona şamil olunduğunu bildiriblər.
Baş Prokurorluq  vəsadəti təmin etməyib. Keçmiş prezidentə qarşı irəli sürülən ittihamlar qüvvədə saxlanılıb.
Bildirilib ki, Kasasiya Məhkəməsinin 2018-ci il noyabrın 15-də qəbul etdiyi qərara əsasən, S.Sarqsyan prezident olduğu dövrdə öz şəxsi maraqlarından çıxış edib. Ona görə də S.Sarqsyanın prezident kimi toxunulmazlıq hüququ yoxdur.  
Qeyd edək ki, S.Sarqsyan dövlət büdcəsindən bir milyon dollar maliyyə vəsaitinin mənimsəməkdə şübhəli bilinərək ona qarşı cinayət işi başlayıb.(report)

DİGƏR XƏBƏRLƏR

Top