Bu şəxslər REAL Partiyasının namizədləri olacaq - VİDEO


Bu gün REAL Partiyasının (Respublikaçı Alternativ) rəhbəri İlqar Məmmədov mətbuat konfansı keçirib və 9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, İ. Məmmədov çıxışı zamanı heç bir partiyanın üzvü olmayan müstəqil namizədlər və REAL Partiyasının üzvlərinin seçkilərə birgə qatılacaqlarını bildirib: “Yeni tarix Azərbaycanı müsəlman aləminin cümhuriyyətçilik örnəyinə çevirsə də, ölkəmizə tərəqqi və hörmət qazandırmış dəyərlər və təsisatlar ən yeni dövrümüzdə möhkəmlənməyə ehtiyacı olan durumdadır. Bu ehtiyacı nəzərə alaraq biz, heç bir partiyanın üzvü olmayan müstəqil namizədlər və REAL partiyasının üzvləri parlament seçkilərinə birgə qatılacağıq”.
O bildirib ki, yeni yaradılan ittifaq “ReAl Cümhuriyyətçilər” adlanır.
İ. Məmmədov REAL Partiyasının təsisçilərindən Erkin Qədirlinin 16 saylı Yasamal seçki dairəsindən namizədliyinin irəli sürüləcəyini və partiyanı təmsil edəcəyini açıqlayıb.
Həmçinin ReAl Partiyasından Vasif İsmayıl 41 saylı Sumqayıt birinci, Elçin Haqverdiyev isə 22 saylı Nəsimi ikinci seçki dairələrindən namizədliklərini irəli sürəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top