Azərbaycanda aparıcı holdinqlərdən biri kapitalını kəskin azaldır


Azərbaycanda aparıcı şirkətlərdən biri olan "AtaHolding" MMC-nin səhmdarları nizamnamə kapitalını 39 milyon 912 miln manat azaltmaq qərarına gəliblər.
Yeniavaz.com "Vergilər" qəzetinə istinadən bildirir ki, "AtaHolding" MMC-nin nizamnamə kapitalı 79 milyon 984 min manatdan 40 milyon 72 min manata düşürülür.
Bildirilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, "AtaHolding" MMC 2003-cü ildə yaradılıb. Holdinqin tərkibində "AtaBank", "AtaSığorta", "AtaLizinq", "Excelsior Hotel Baku", "AtaTravel", "AtaTexnologiya", "Şəmkir Quşçuluq", "AtaSport" kimi qurumlar yer alıb. Hazırda qanuni təmsilçisi Rəşad Rəsullu olan "AtaHolding" MMC-yə Türkiyə vətəndaşı olan Ahmet Erentok rəhbərlik edib.
"AtaHolding" MMC ilə bağlı digər bir məlumat isə odur ki, əvvəllər holdinqə məxsus olan "ataholding.az" saytı hazırda fəaliyyət göstərmir.

DİGƏR XƏBƏRLƏR

Top