İcra Hakimiyyətindən ölkədən qaçdığı deyilən əməkdaşı ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


Nərimanov rayon İcra Hakimiyyəti keçmiş şöbə müdirinin ölkədən qaçması haqda yayılan məlumata münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Əli Həsənov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bəzi saytlarda Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Rəfail Abdullayevlə bağlı getmiş məlumatlar yanlışdır:

“Abdullayev Rəfail Hüseynqulu oğlu 2017-ci il sentyabrın 13-dən etibarən Nərimanov Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2019-cu il sentyabrın 16-da isə öz xahişi ilə rayon təsərrüfat şöbəsinin müdiri vəzifəsindən azad edilib. Hazırda bizdə olan məlumata görə, biznes fəaliyyəti ilə məşğuldur. Saytlarda gedən məlumatlar həqiqəti əks etdirmir”.​

***10:19

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev şöbə müdirini işdən çıxarıb.

Yeniavaz.com xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, A.Fərzəliyevin əmri ilə Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Abdullayev Rəfail Hüseynqulu oğlu vəzifəsindən azad edilib. Buna səbəb R.Abdullayevin vətəndaşları incitməsi və rayon ərazisində tikilən hündürmərtəbəli binaların sahiblərinə qarşı dələduzluq etməsi olub.

Bundan başqa, sabiq şöbə müdiri “RR” MTK-nın sahibi olan qardaşı Nadir Abdullayevin şəriklərinin də pullarını mənimsədiyi bildirilir. Belə ki, Rəfail Abdullayev məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edərək Ukraynaya qaçıb.

Məsələ ilə bağlı sabiq şöbə müdirinin qardaşı, “RR” MTK-nın sahibi Nadir Abdullayev Unikal.org-a açıqlama verərək bildirib ki, qardaşı bir neçə aydır ki, işdən çıxıb:

“Onun işdən çıxması və ölkədən qaçması ilə bağlı başqa heç nə deyə bilmərəm. Biz doğrudan da bina tikintisi ilə məşğuluq. Qardaşımın səhhətində ciddi problem var”.

DİGƏR XƏBƏRLƏR

Top