
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.
Görüşdən öncə Rusiya XİN başçısı ABŞ Dövlət Departamentində fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Facebook" sosial şəbəkəsində paylaşım edib. Zaxarovanın paylaşdığı fotolarda Sergey Lavrovun fəxri qonaqlar kitabına ürək sözlərini yazdığı otaqda yerdə Azərbaycan xalçasının olduğu görünür.
Mariya Zaxarova bu paylaşımdan sonra Lavrov və Pompeoun protokol üçün bir-birinin əllərini sıxan fotolarını paylaşıb. Həmin fotolarda da yerdə Azərbaycan xalçasının olduğu görünür. Zaxarovanın "Facebook"da bu paylaşımın altında sosial şəbəkə istifadəçiləri yerdəki xalçanın Azərbaycan xalçası olduğunu qeyd ediblər.


APA