
AFFA-nın baş katibi Elxan Məmmədov İTV-də yayımlanan Dadaş Dadaşlinskinin verilişə dəvətini bir müddət sonra qəbul edərək studiyaya gəlib. Yeniavaz.com xəbər verir ki, baş katib aparıcının Azərbaycan milli yığmasının uğursuz nəticələri ilə bağlı fikirlərini qismən qəbul edib: "Biz də narazıyıq, məşqçi ilə görüşümüz olacaq".
Dadaşlinskinin onun istefası ilə bağlı verdiyi suala baş katib belə cavab verib: "AFFA-nın rəhbərliyini seçən futbol ailəsidir, yəni üzvləridir. Azərbaycan futbol ictimaiyyətidir və onlar həmin bu qərarı qəbul edirlər. Təəssüflər ki, AFFA-nın bütün fəaliyyətini, işini milli komanda ilə bağlayırsınız. Həmin milli komanda bir 3 il bundan qabaq çox gözəl nəticə göstərirdi, hamı da sevinirdi".