“EuroHome”un qarşısında yük maşının tələbələri vurduğu an - VİDEO

Bakının Binəqədi rayonunda, “EuroHome”un yaxınlığında baş verən dəhşətli qəzanın videosu yayılıb.

Yeniavaz.com  APA-ya istinadən xəbər verir ki, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunan YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top