Çingiz Mustafayevin radiosunu APA və REAL TV almaq istəyir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Yayım Şurası milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib. Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.
Yeniavaz.com xəbər verir ki, “Virtualaz.org”a məlum olub ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum - APA media holdinqi və Real TV müraciət edib.
APA-nın direktoru Vüsalə Mahirqızı məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, APA Media Group Milli Televiziya və Radio Şurasına radio tezliklə bağlı heç bir müraciət etməyib. 
Jurnalistlərə, həmçinin məlum olub ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.

DİGƏR XƏBƏRLƏR

Top