Dünyanın ən gənc baş naziri


Finlandiyanın Nəqliyyat naziri Sanna Marin ölkənin baş naziri vəzifəsinə seçilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 34 yaşlı Sanna Marin Finladiyada baş nazir vəzifəsinə seçildikdən sonra öz ölkəsində o cümlədən bütün dünyada ən gənc baş nazir olaraq tarixə düşüb. Uzun müddət Nəqliyyat naziri işləmiş Marin Finlandiya tarixində 3-cü qadın baş nazirdir.
Qeyd edək ki, Finlandiyanın keçmiş baş naziri Antti Rinne ölkədə poçt işçilərinin tətil etməsi səbəbilə gələn etirazlara görə, istefa etmişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top