“Neftçi” qalib gəlib, “Səbail” darmadağın olub, fasilə başlayıb

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, II dövrənin son oyun günündə XIV turun üç matçı keçirilib.

Çempionatın autsayderi “Səbail” növbəti məğlubiyyətini alıb. 10 turdur qələbəyə həsrət qalan Aftandil Hacıyevin yetirmələri səfərdə “Zirə”yə uduzub. Qəsəbə təmsilçisi rəqibini darmadağın edərək qış fasiləsinə 5-ci pillədə yollanıb.

“Qəbələ”ni qəbul edən “Sumqayıt” 9 nəfərlə qalan rəqibinin müqavimətini qıra bilməyib. 1:1 hesablı heç-heçə hər iki komandanın mövqeyinin dəyişməz qalması ilə nəticələnib.

Premyer Liqada ilin son görüşündə “Sabah” öz meydanında “Neftçi” ilə görüşüb. Hər iki hissənin uzatma dəqiqələrində vurulan qollar “ağ-qaralar”a qələbə qazandırıb. Bu, ölkənin ən titullu klubuna “Keşlə”ni keçib, qış fasiləsinə ikinci pillədə yollanmaq imkanı verib.

Turun iki gün öncə baş tutan ilk oyununda “Qarabağ”la “Keşlə” qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bu oyunlardan sonra Premyer Liqada 54 günlük fasilə yaranıb. Mövsümün ikinci yarısı fevralın 1-də start götürəcək.

Azərbaycan Premyer Liqası
XIV tur
8 dekabr (bazar)

“Sabah” – “Neftçi” - 0:2
Qol: 
Krivotsyuk, 45+2, Monroz, 90+2
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov                             
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 9. Ulise Diallo, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 77. Cavid Tağıyev, 27. Hendrik Ekşteyn, 21. Rocer Roxas,26. Ozan Can Kökcü, 99. Abbas Ağazadə, 20. Anar Panayev,2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç
“Neftçi”: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 93. Soni Mustivar, 36. Mamadu Kane, 11. Evangelos Platellas, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Qerye, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 10. Dario Frederiko, 3. Mamadu Mbodj, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 56. Elton Əlibəyli
Məşqçi: Fizuli Məmmədov
“Bank Respublika Arena”, 17:00

“Zirə” – “Səbail” - 4:1
Qollar: 
Süleymanov, 5, 20, Skarlatake, 60,  Mütəllimov, 89 - da Silva, 78
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev
“Zirə”: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodrigez, 25. Miloş  Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 10. Elvin Məmmədov, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 19. Müşfiq İlyasov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov
“Səbail”: 1. Aleksandr Rıbka, 4. Eltun Yaqublu (k), 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 34. Urfan Abbasov, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 3. Turan Manafov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 18. Aqşin Qurbanlı, 55. Adil Nağıyev, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 16. İqor Korotetski, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
Zirə İdman Kompleksinin stadionu, 15:00

“Sumqayıt” – “Qəbələ” - 1:1
Qollar: 
Babayi, 31 (pen.) - Lopez, 23
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
“Sumqayıt”: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 12. Nicat Mehbalıyev, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 22. Sərtan Taşqın, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə 
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 6. İbrahima Niasse, 19. Rövlan Muradov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov
Baş məşqçi: Azər Bağırov
“Kapital Bank Arena”, 15:00

1

Qarabağ

14

9

4

1

24-7

31

2

Neftçi

14

7

4

3

21-11

25

3

Keşlə

14

6

5

3

18-12

23

4

Sumqayıt

14

5

3

6

18-20

18

5

Zirə

14

4

5

5

18-22

17

6

Sabah

14

3

4

7

14-17

13

7

Qəbələ

14

3

4

7

14-24

13

8

Səbail

14

3

3

8

10-24

12

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi (“Sumqayıt”), Stiven Monroz (“Neftçi”) - 6 qol.

DİGƏR XƏBƏRLƏR

Top