"Qarabağ"ın futbolçusu ilə 3 Premyer Liqa və Hollandiya klubu maraqlanır - İDDİA

"Qarabağ"ın üzvü Asmir Beqoviçlə Ingiltərə və Hollandiya klubları maraqlanır.

Bu barədə məlumatı "The Sun" nəşri yayıb.

Xəbərə görə, müqavilə  ilə Premyer Liqa təmsilçisi “Bornmut”a məxsus olan Beqoviçlə İngiltərənin "Vest Hem", “Derbi”, “Birmingem”, həmçinin Hollandiyanın “PSV Eyndhoven” klubları yaxından maraqlanırlar. 

Hazırkı komandası ilə hələ iki il yarımlıq müqaviləsi olan Beqoviçə yeni komandası həftəlik 30 min funt-sterlinq ödəməlidir.

"The Sun"ın xəbərinə görə, "Vest Hem"in bu təklifi qəbul etdiyi və qolkiperin heyərinə qatmaq istədiyi bildirilib.

Qeyd edək ki, Beqoviçin dekabrın 31-i "Qarabağ"la müqaviləsi başa çatır. (Offsideplus.az)

DİGƏR XƏBƏRLƏR

Top