Bu gün SAT imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzində növbəti SAT (Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici vətəndaşlar üçün götürülən bir imtahan) imtahanı keçirilir.

Yeniavaz.com xəbər verir ki, mərkəzdən, imtahanda iştirak edəcək şəxslərin saat 07.30-dan gec olmayaraq imtahan binasında olması bildirilib.

İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

DİGƏR XƏBƏRLƏR

Top