Mingəçevir idmançıları dünya çempionu olublar


Bakı şəhəri “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçirilib. Çempionatda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü-aypara, batur, caymaz, qurşaq və kaçut üzrə yarışlarda mübarizə aparıblar. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunub. Onlardan 11 nəfəri Mingəçevir Tayçszi-Çsyuan idman sağlamlıq klubunun idmançıları olub. 4 nəfəri 1-ci yeri tutaraq dünya çempionu adını qazanıb, qalanları isə 2-3 yerlərə sahib olublar. Bu barədə Yeniavaz.com-a karate üzrə qara kəmər ustası, ömrünün 30 ilini  mingəçevirli yeniyetmə və gənclərin idman həyatına həsr etmiş Alpaqut Turan Döyüş Sənəti Federasiyasının Mingəçevir şəhər şöbəsinin sədri, kinq-boksinq üzrə məşqçi və hakim, Mingəçevir Tayçszi-Çsyuan idman sağlamlıq klubunun məşqçi müəllimi Mehman Məlikov məlumat verib. Qalib olan idmançıları bu gün Əfqanıstan Veteranları İB Mingəçevir filialının sədri Elşən İbrahimli təbrik edərək onlara fəxri fərmanlar təqdim edib. Təqdimetmə mərasimində Əfqanstan  müharibəsi veteranları, Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Bəxtiyar Mustafayev iştirak edib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top