"Xəzər" Televiziyasında təhvil-təslim işləri gedir?


"Xəzər" Televiziyasında rəhbərliyin dəyişdirilməsi və təhvil-təslim işlərinə start verilib.

Yeniavaz.com konkret.az-a istinadla xəbər verir ki, artıq kanala yeni müavin də təsdiq edilib. Telekanalın rəhbəri Şamxal Həsənovun isə tezliklə işdən kənarlaşdırılacağı deyilir. "Xəzər”TV-də artıq təhvil-təslim işlərinə də start verilib və bəzi əşyaların daşınmasına başlanılıb.
Qeyd edək ki, Şamxal Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğludur.

DİGƏR XƏBƏRLƏR

Top