Tramp Çinlə bağlı Dünya Bankına səsləndi: "Bu dayandırılmalıdır!"


ABŞ prezidenti Donald Tramp, Dünya Bankının Çinə kredit verməyi dayandırmalı olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, ABŞ lideri bu barədə “Twitter” hesabında qeyd edib:
"Dünya Bankı Çinə niyə borc verir? Çinin artıq kifayət qədər pulu var. Bu dayandırılmalıdır!" 
Qeyd edək ki, ötən gün ABŞ ticarət katibi Vilbur Ross “Fox News” kanalına verdiyi açıqlamada, tərəflərin 15 dekabr tarixinə qədər ticarət razılaşmasında razılığa gəlmədiyi təqdirdə, D.Trampın Çindən gətirilən bir sıra mallara əlavə rüsum tətbiq etmək niyyətində olduğunu vurğulayıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top