ABŞ-da hərbi bazaya silahlı hücum - Ölən və yaralananlar var


ABŞ Hərbi Dəniz Qüvvələrinin Florida ştatında yerləşən “Pensacola” aviabazasında atışma baş verib.
İnsidentdən sonra 5 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs öldürülüb. Hərbi bazanın girişi və çıxışı bağlanaraq nəzarətə götürülüb.
Digər mənbələr insident nəticəsində ölənlərin olduğu barədə də məlumatlar yayır.
İnsidentin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.
Qeyd edək ki, iki gün əvvəl Hərbi Dəniz Qüvvələrinin Pörl-Harborda yerləşən bazasında da atışma baş vermiş, iki mülki şəxs həlak olmuşdu. APA
 

DİGƏR XƏBƏRLƏR

Top