Gəncədə 10 mindən artıq ağac əkilib


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncədə ağacəkmə aksiyası keçirilib. Yeniavaz.com xəbər verir ki, ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Millət vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanlarının nümayəndələri, habelə tələbə gənclər iştirak ediblər. Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məğbərəsi ətrafında 10 mindən artıq Eldar şamı və dekorativ ağaclar əkilib. 
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il Nəsimi ili elan olunub. Nəsimi ili çərçivəsində Respublika ərazisində müxtəlif tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü keçirilən ən böyük tədbirlərdən biridir. “Respublikanın bütün bölgələri bu aksiyaya qoşulub. Bu gün ərzində 650 mindən çox ağacın əkilməsi nəzərdə tutulsa da, bizim hesablamalarımıza görə bu say daha çox olacaq”, - deyə nazir müavini qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü aksiya iştirakçıları tərəfindən müsbət qarşılanıb. Aksiya zamanı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasənda  ifasında müxtəlif musiqi parçaları səsləndirilib,  Gəncə Dövlət Dram Teatrı kollektivinin  təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top