
Şəmkir polisi silsilə oğurluqlar törədən dəstəni zərərsizləşdirib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri 34 yaşlı Babək Sadıqov, 31 yaşlı Fərid Torkiyev və Bakı şəhər sakini, 49 yaşlı Elba Əhmədov saxlanılıblar. Müəəyən edilib ki, Babək Sadıqov və Fərid Torkiyev müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlara qanunsuz daxil olaraq oradan xeyli miqdarda qızıl-zinət əşyalarını və nəğd pulu mənimsəyiblər. Sonradan həmin şəxslər oğurluq yolla əldə etdikləri qızıl zinət əşyalarını Gəncə və Bakı şəhərlərində Elba Əhmədov vasitəsilə satıblar.
Məlumatda həmçinin bildirilir ki, dəstə üzvləri Şəmkirdə 7 fərdi yaşayış evindən və bir mağazadan eləcədə Tovuz rayonunda iki evdən oğurluq etməkdə şübhəli bilinirlər.