Türkiyədə daha 3 bələdiyyənin sədri saxlanıldı - VİDEO


Türkiyənin Van vilayətinin 3 rayonunda bələdiyyə sədrləri saxlanılaraq polis şöbəsinə aparılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Van polisinin eyni vaxtda həyata keçirdiyi əməliyyatla Muradiye rayonu bələdiyyəsinin həmsədrləri Yılmaz Şalan ilə Leyla Balkan, Özalp rayonu bələdiyyəsinin həmsədrləri Yakup Almaç ilə Dilan Öğrenci və Başkale rayonunun bələdiyyə sədri Erkan Acar saxlanılaraq polis şöbəsinə aparılıb.
5-i də HDP-dən (Xalqların demokratik Partiyası) seçilmiş bələdiyyə sədrləri PKK/KCK terror təşkilatlarına üzv olmaq və terrorçuluğun təbliğatı ilə məşğul olmaqda təqsirləndirilirlər.
Qeyd edək ki, HDP, Türkiyədə öz daxili idarəetməsində və siyasi idarəetmədə həmsədrlik tətbiq edən ilk partiyadır.

DİGƏR XƏBƏRLƏR

Top