Daxili orqanında 142 ədəd metadonu Azərbaycana keçirmək istədi


Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və sorğu-sual edilib.

 

Yeniavaz.com DGK-yə istinadən xəbər verir ki, vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib. Lakin təkrar sorğu-sualdan sonra o, daxili orqanında narkotik vasitə gizlətdiyini etiraf edib.

 

Daha sonra Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan həmin şəxsin düz bağırsağında 1 büküm, üzərində "M40" nişanəsi olan 142 ədəd metadon adlı həb aşkarlanıb.

 

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

DİGƏR XƏBƏRLƏR

Top