Prezident zəlzələdən ziyan çəkmiş ailələrin şəraiti ilə tanış olub - Kəmaləddin Heydərov görülən işlər barədə məlumat verib - FOTOLAR


Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.
Yeniavaz.com
xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanıb.
Dövlətimizin başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib.
Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.




DİGƏR XƏBƏRLƏR

Top