
“Naxçıvan” Universitetinin rektoru təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Nurlana Sabir qızı Əliyeva “Naxçıvan” Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, Nurlana Əliyeva bundan əvvəl “Naxçıvan” Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.