Siyavuş Novruz xanımının Ombudsman seçilməsindən danışdı: "Kiminsə ailə işinə qarışmamışam"


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov həyat yoldaşı Səbinə Əliyevanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi ilə bağlı tənqidlərə münasibət bildirib.

S.Novruzov musavat.com-un canlı yayımında deyib ki, bu məsələdə adının hallanmasının əleyhinədir:
“İndiyədək heç kəsin ailə məsələsinə qarışmamışam, xahiş edirəm, bu məsələ ilə bağlı müzakirələr aparılmasın. Səbinə Əliyeva hər hansı orta məktəbə müəllim təyinatı almır ki? Ombudsman vəzifəsi ölkənin insan hüquqları ilə bağlı ən mühüm vəzifələrindən biridir. İnsan Hüquqları üzrə Müvəkkil ölkəni həm daxildə, həm də xaricdə təmsil edir. Tanıyanlar bilir ki, Səbinə Əliyevanın kifayət qədər təcrübəsi, biliyi var. O, uzun müddət Konstitusiya Məhkəməsində çalışıb. Bir daha qeyd edirəm ki, indiyədək kiminsə ailə işinə qarışmamışam. Ona görə də bu məsələdə adımın hallanması doğru deyil” – S.Novruzov qeyd edib. (Demokrat.az)

DİGƏR XƏBƏRLƏR

Top