Faydalarını bildikdən sonra pendir suyunu ATMAYACAQSINIZ


Süfrələrimizdən əskik olmayan pendir, vitamin və mineral baxımından zəngin olan qidalardan biridir.  Daha çox səhər yeməyində istehlak edilsə də, hər qidanın yanında yeyənlərin sayı da az eyil. Pendir A, B, B2, C, D, E, K və protein baxımından olduqca zəngindir. Bundan əlavə, tərkibində insan orqanizmi üçün lazım olan ən vacib B12, B6 vitaminləri və tiamin, folat maddələri var. Pendirin tərkibindəki bu maddələr sümük sağlamlığının qorunmasında, dişlərin çürüməsinin və xərçəng xəstəliyinin yaranmasının qarşısının alınmasında köməkçi olur. Bir çoxlarının məlumatı olmasa da pendirlə yanaşı onun suyunun da faydaları az deyil.  
Yeniavaz.com pendir suyunun faydalarını təqdim edir:
Pendir suyu, pendir istehlak edildikdən sonra qalan süd bulantısına deyilir. Südün yağı və qatı maddəsi pendirə çevrilir, yerdə qalan bol su, protein, müxtəlif minerallar və laktoza pendir suyunda qalır.  İmmuniteti gücləndirən qidalar arasında  pendir suyu xüsusi yerə sahibdir. Xərçəngin yaranma riskini azaldır. Xüsusilə tərkibində olan protein və aminoasitlər kişilərdə prostat xərçəngi, qadınlarda isə süd vəzi və uşaqlıq boynu xərçənginin yaranma riskini azaldır. Bundan əlavə qadınlarda hormonal pozuntuları da normaya salır.
Pendir suyu probiotikdir. Mədə-bağırsaq xəstəliklərinə də faydalıdır. Tərkibində protein o qədər çoxdur ki, hətta idmançılar toz şəklində istifadə edirlər. Bundan əlavə, antioksidant mənbəyidir və artıq çəki atmaqda köməkçi olur. İstehlak etdiyiniz andan etibarən iştahanızın kəsildiyini və toxluq hiss etdiyinizi görəcəksiniz.
Bəs bu dəyərli qida maddəsini başqa harada istifadə etmək mümkündür?
1. Süd və su yerinə yeməklərdə , çörək, keks, börək kimi un məmulatlarının hazırlanmasında;
2. Makaronu pendir suyunda qaynatsaz, heç bir sousa ehtiyac qalmadan möhtəşəm dad əldə etmiş olacaqsız;
3. Kartof püresini pendir suyu ilə hazırlaya bilərsiniz;
4. Gül, çiçək və tərəvəzlərin sulanmasında istifadə edilir. Bir sözlə gübrə əvəzləyicisidir;
5. Bir çox ölkələrdə toyuqların daha çox yumurtlamaları üçün yemlərini pendir suyu ilə qatıb verirlər;
6. Kosmetika sənayesində, əsasən yağlı dərilərin təmizlənməsində istifadə olunur;
7. Soyuqdəyməyə qarşı da istifadə olunur. Əgər qrip xəstəliyinə tutulmusunuzsa pendir suyunu isidib, bal ilə qarışdırıb istehlak edə bilərsiniz.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top