Rusiyaya gedən azərbaycanlı turistlərin sayı AÇIQLANDI


Bu ilin ilk 9 ayı ərzində Azərbaycandan Rusiyaya 684 min turist səfər edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın "Turstat" agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Rusiyaya ən çox turist Ukraynadan gəlib. Bu ölkədən Rusiyaya 9 ay ərzində 5 milyon 944 min turist səfər edib.
Bundan başqa bu ilin ilk 9 ayında Rusiyaya Qazaxıstandan 2 milyon 716 min, Çindən 1 milyon 594 min, Finlandiyadan 681 min, Almaniyadan 592 min, Polşadan 497 min, Abxaziyadan 435 min, Ermənistan 420 min, Estoniyadan isə 383 min turist yollanıb.

DİGƏR XƏBƏRLƏR

Top