Müşviqin evi əlindən alındı? - Özündən AÇIQLAMA


"Bu Şəhərdə" komandasının ssenaristi Müşviq Abbasov evinin əlindən alınması ilə bağlı paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, o, “İnstagram” hesabında evinin qanunsuz əlindən alındığını iddia edib:
"Görəsən, bu şəhərdə yalnız məndən (Müşviq Abbasovdan), yoxsa hamıdan, əlində dövlət notariusunun təsdiqlədiyi alğı-satqı ilə mənzil alandan, Dövlət Əmlak Komitəsinin verdiyi çıxarışı (kupçası) ola-ola, 4 il məhkəmələrdə sürünəndən, vəkillərə pullar xərcləyəndən sonra bir ömür pul yığıb aldığı evini-mülkünü alıb kiməsə verirlər? Yoxsa hər şəhərdə, hamıda belədir?".
Qeyd edək ki, M.Abbasov bir neçə gün əvvəl Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etdiyini bildirmişdi.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top