Ağdamda 31 yaşlı kişi güllələndi - FOTOLAR


Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb.

Ağdam rayon Prokurorluğundan verilən məlumata görə, rayon ərazisində Orxan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla 1956-cı il təvəllüdlü Cəbrayıl İsmayılovun 1988-ci il təvəllüdlü Orxan Məmmədova lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açmaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. C.İsmayılov şübhəli şəxs qismində tulularaq istintaqa cəlb olunub. 
Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

(APA)

***11:26
Ağdam rayonunda iki kəndli arasında mübahisə xəsarətlə yekunlaşıb.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Yüzbaşılı kəndində qeydə alınıb.
Mübahisə nəticəsində kənd sakini 31 yaşlı Orxan Məmmədov həmkəndlisi Cəbrayıl İsmayılov tərəfindən odlu silahla güllələnib. 
Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Mübahisənin borc üstündə düşdüyü bildirilir.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top